Ləğv olunan “Gəncəbank”ın kreditorlarının NƏZƏRİNƏ

  • Müəllif: admin
  • 06 Fevral 2018 10:25

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Gəncəbank” ASC-nin bütün kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 12 fevral 2018-ci il tarixdən etibarən başlanacaq.

Gununsesi.info xəbər verir ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraçiət etsinlər və bank rekvizitlərini qeyd etsinlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Gəncə ş. (022) 256 04 93/ (022) 256 03 44

Bakı ş. (012) 596 65 91/92/93

Qaynar xətt: 941

Gununsesi.info