Ləğv prosesində olan 5 bankın 8 əmlakı icarəyə verilir

  • By admin
  • 17 Aprel 2018 15:04
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklara məxsus 8 əmlakın icarəyə verilməsi ilə bağlı hərrac keçirəcək. 
Fonddan Gununsesi.info-ya verilən məlumata görə, ləğv prosesində olan “Texnikabank” ASC-yə və “Bank of Azerbaijan” ASC-yə məxsus avtomobillərin icarəyə verilməsi ilə bağlı hərrac mayın 16-da keçiriləcək.
Bundan başqa, mayın 16-da ləğv prosesində olan “Texnikabank” ASC-yə məxsus 2 ofis və bir qeyri-yaşayış sahəsi, “Yunayted Kredit Bank” ASC-yə məxsus ticarət obyekti, QSC “Bank Standard” KB-yə və “Dəmirbank” ASC-yə məxsus qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.
Gununsesi.info