Lənkəran sakini 56 yaşlı həmyerlisini bıçaqladı - FOTOLAR

  • By admin
  • 27 May 2016 11:43

Bicaqlanma

Lənkəranda 56 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb. Gununsesi.info-ya verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Velədi kəndində qeydə alınıb. Kənd sakini, 56 yaşlı Şəmsəddin Əli oğlu Məmmədov şəxsi münaqişə zəminində ona məxsus  “Lada Priora”  markalı  minik avtomobilində həmkəndlisi, “Maçan” ləqəbli İsaq Saleh oğlu Miriyev tərəfindən bıçaqlanıb. Qarın və boyun nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə  dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Şəmsəddin Məmmədova müvafiq tibbi yardım göstərilib, yaraları tikilib.Yaralının vəziyyətinin  ağır olduğu bildirilir. Hadisəni törətməkdə təqsirli bilinən Saleh Miriyev isə qaçıb istintaqdan yayınmağa çalışsa da, bu, uzun çəkməyib. Artıq təqsirləndirilən şəxs poliş əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Bicaqlanma 6

 

Bicaqlanma 3

 

Bicaqlanma 2

 

Bicaqlanma 4

 

Bicaqlanma 5

 

Bicaqlanma 7