Lənkəran sakini intihara cəhd edib

  • By admin
  • 17 Avqust 2021 22:02

Lənkəranda intihara cəhd olub.

Gununsesi.info xəbər verir ki, hadisə Havzava kəndində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü kənd sakini Ş.Süleymanov özünü asıb. Hadisədən onun oğlu xəbərdar olub. O, kəndiri kəsərək atasını xilas edib və yaxınlarına məlumat verib.

Ş.Süleymanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaıb və ona ilkin tibbi yardım göstərilib. Ş.Süleymanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparır.

Gununsesi.info