Lənkəranda 38 yaşlı kişi itkin düşdü

  • By admin
  • 17 Sentyabr 2019 11:02

Lənkəranda 38 yaşlı kişi itkin düşüb.

Gununsesi.org-un məlumatına görə, 1981-ci il təvəllüdlü Məmmədov Raman Nadir oğlu Lənkəran bazarı yaxınlığında “VAZ 21014” markalı avtomobilə minərək evə gedəcəyini deyib.

Lakin günorta saat 12:00 radələrindən sonra ondan heç bir xəbər alınmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı Məmmədova Günay Nəhmətulla qızı məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org