Lənkəranda dəhşətli qəza: ölən var

  • By admin
  • 06 İyun 2022 13:02

Lənkəranda avtomobillər toqquşub, ölən var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 5-də saat 23 radələrində şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayonun Sütəmurdov kənd sakini M.Babayevin idarə etdiyi “Mercedes” və Liman şəhər sakini Cahad Ələkbərovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.

Nəticədə C.Ələkbərov və M.Babayevin sərnişini xəstəxanaya yerləşdirilib, C.Ələkbərov orada ölüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.