Lənkəranda faciəvi hadisə - Meyvə toplayarkən öldü

  • By admin
  • 13 Oktyabr 2021 12:12

Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info rayon prokurorluğuna istinadən xəbər verir ki, oktyabrın 12-si saat 17 radələrində Lənkəran rayonu, Şilavar kənd sakini 1959-cu il təvəllüdlü Mirtağı Nəsirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Mirtağı Nəsirov yaşadığı evin yaxınlığında olan ağacdan dəmir parçasından istifadə etməklə meyvə dərərkən həmin dəmir parçası elektrik naqilinə toxunduğu üçün elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info