Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

  • By admin
  • 02 Mart 2023 20:57

Lənkəran rayonunun Cil kəndində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində iki sürücü və bir sərnişin xəsarət alıb.

Yaralılar 1980-ci il təvəllüdlü Hüseyn Qəhrəman oğlu Ağayev, 2002-ci il təvəllüdlü Hüseyn Rəis oğlu Mirzəzadə və həmyaşıdı Cəfər Müqabil oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info