Lənkəranda İranı tənqid edən molla bıçaqlandı

Lənkəranda axund bıçaqlanıb.

Hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən, həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib. İlkin ehtimala görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Gununsesi.info-nun araşdırması zamanı isə məlum olub ki, həmin molla ictimai yerlərdə İranı tənqid edirmiş. Görünür, molla rejiminin dayaqlarının güclü olduğu Cənub bölgəsində bunu həzm edə bilməyiblər.

Gununsesi.info