Lənkəranda mağaza yanıb

  • By admin
  • 18 Fevral 2018 10:43


Ötən gecə Lənkəran rayonunda ümumi sahəsi 42 m2 olan mağazada 10 m2 sahəyə yığılmış parça materialları və 1 ədəd dolab qismən yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info