Lənkəranda qadın su quyusuna düşərək öldü

  • By admin
  • 15 Yanvar 2023 12:04

Lənkəran rayonunda qadın su quyusuna düşərək ölüb.

Gununsesi.info xəbər verir ki, Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayeva Seyranə Cabir qızı yaşadığı evin həyətində olan su quyusuna düşüb.

Meyitə baxış zamanı bədən səthində hər hansı xəsarətlər aşkar edilməyib.

Məhkəmə tibb ekspertinin ilkin ehtimallarına əsasən, S.Ağayeva öz ehtiyatsızlığı nəticəsində quyuya düşərək suda boğulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info