Lənkəranda yaşayış evindən iki kiloqram narkotik aşkarlandı – FOTO

  • By admin
  • 29 Mart 2021 13:57

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə iki kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nərimanabad qəsəbəsinin sakini E.Quliyev saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan 1 bükümdə heroin, 1 büküm psixotrop maddə metamfetamin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Quliyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 555 qram heroin, 510 qram metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.