Lənkəranda yük qatarında nasazlıq yaranıb, YOL BAĞLANIB

  • By admin
  • 18 Yanvar 2018 16:36

Lənkəranda yük qatarının xarab olması yolun bağlanmasına səbəb olub.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, rayonun Qumbaşı kəndində yük qatarı əyləc sistemində yaranan nasazlıq səbəbindən yolda qalıb. Bu da avtomobil yolunun bağlanmasına səbəb olub.

Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkətində gecikmələr baş verib.

Qatar təmir edildikdən sonra yolda hərəkət bərpa olunub.

Gununsesi.info