
Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Caniyev) ölümü ilə bağlı daha ciddi məlumatlar ortaya çıxmaqdadır. Onun ölümündə Moskvada yaşayan Azərbaycan əsilli milyarderlərin adı hallanır.
Gununsesi.info-nun primecrime.ru-ya istinadən verdiyi xəbərə görə, Lənkəranskinin ölümü birbaşa azərbaycanlı ticarətçilərin “Dörd mövsüm” (Çetıre sezona) tərəvəz bazasının əsas rəqibi hesab olunan “Fud Siti” ticarət mərkəzinə kütləvi axını ilə bağlanır.
Beləliklə, Gununsesi.info “primecrime”da gedən yazını ixtisarla təqdim edir. Əldə olunan məlumata görə, bu barədə azərbaycanlı kriminal avtoritetlərin cinayət işini yaxından araşdıran şəxs deyib. 2013-cü ildə Moskva vilayətində Qərbi Biryulevodakı Pokrovski tərəvəz bazasının bağlanmasından sonra həmin iki nəhəng pərakəndə satışla məşğul olan kənd təsərrüfatı ticarət mərkəzi fəaliyyətə başladı. Onu da qeyd edək ki, Pokrovski tərəvəz bazası Şəmkirdən olan Orxan Zeynalovun qalmaqallı hadisəsindən sonra bağlandı. Hansı ki, bu bazarı şəmkirlilər işlədirdi.
İndi qayıdaq “Fud Siti” məsələsinə. Bu ticarət mərkəzi Azərbaycandan olan yəhudi əsilli milyarderlər Qod Nisanov və Zahar İliyevə məxsusdur. İkincisi isə ondan ibarətdir ki, Domodedovada fəaliyyət göstərən “Dörd mövsüm” ticarət mərkəzi isə bankir Ananev qardaşlarına məxsus olsa da, bu ticarət mərkəzinin əsas şəriklərindən biri də kriminal keçmişə malik olan, boksçu Timofey Kurqun olub. ”Fud Siti”nin Moskva rəhbərliyi tərəfindən güclü dəstəyinin, həmçinin güclü infrastruktura malik olmasına baxmayaraq, “Dörd mövsüm”ə ciddi dərəcədə güzəştə gedib. Ona görə də, “Pokrovka”da işləyən xeyli sayda azərbaycanlı tacir, başda Rövşən Lənkəranskiyə işləyən Məhərrəm və Nuruş bura köçməli oldu.
Məhərrəm və Nuruş 2003-cü ildə azərbaycanlı “qanuni oğru” Seymur Abdullayevin öldürülməsindən sonra Lənkəranskinin nəzarəti altında fəaliyyət göstərməyə başlayır. Lənkəranski Seymurla yanaşı, Hikmət və Çingizin də ölümündən sonra dərhal onların nəzarət etdiyi ticarət obyektlərini öz nəzarətinə keçirib. Bununla da bütün ticarət imperiyası Domodedovo bazarı əsasında formalaşmağa başlayıb. Ona görə də “Fud Siti”də isə digər azərbaycanlı “qanuni oğru” Cambulatın (bu şəxs Rövşən Lənkəranski ilə barışmaz düşmən olub-red.) nəzarətində olan azsaylı azərbaycanlı tacirlər işləməli olub.
Cambulat “Gəncəli” qruplaşmasının birmənalı lideri olan və 2009-cu ildə öldürülən İqbal Nəcəfovdan sonra meydana çıxıb. Cambulat 2013-cü ildə Rəşad İsmayılovun “Gəncinski” lobbiçiliyi ilə “oğru” adını alıb. Hansı ki, bu gün Lənkəranskinin ölümündə bunlar şübhəli bilinirlər və özləri də bu məsuliyyəti öz üzərlərinə götürüblər. Odur ki, Rəşadla Cambulat Domodedovanı zəiflətmək və “Fud Siti”ni gücləndirmək üçün xüsusi plan hazırlayaraq, xüsusi qara ciplərdən istifadə etməklə tərəvəz dolu furaları öz nəzarətlərində olan “Fud siti”yə yönəltməyə başlayırlar. Bu planlarını həyata keçirmək üçün 90-cı illərin ən yaxşı qanqsterlərindən və “gəncəli” qruplaşmasından istifadə edirlər.
Domodedovadakı “Zolotoy sad” bazası 2014-cü ildə oranı işlədən Məhərrəm və Nuruşun maliyyə maxinasiyasından sonra dayanmalı oldu. Bu maliyyə maxinasiyasından isə Lənkəranskinin məlumatsız olmadığını mümkünsüz hesab edirlər. Bütün bunları nəzərə alaraq “primecrime” o qənatə gəlib ki, Rövşən Lənkəranskinin ölümünün əsas baiskarı hansısa “qanuni oğrular” deyil, oliqarxların maraqları olub. Öz maraqlarını təmin etmək üçün Lənkəranskini aradan götürüblər. Belə bir fikri azərbaycanlı kriminal aləmin işinə yaxından bələd olan hüquq-mühafizə orqanının əməkdaşı deyib. Çünki bu gün Lənkəranskinin ölüm məsuliyyətini öz üzərində götürən Cambulat və onun qardaşı Zaur hazırda “Fud Siti”də çalışırlar.
Gununsesi.info











