Lənkəranskinin cənazəsinin Azərbaycana gətirilməsi üçün bütün sənədlər yaxınlarına verilib - Baş Konsulluq

  • By admin
  • 18 Avqust 2016 22:12

261ea3a7d7be68f6ce0edec153c89153

İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin  (Caniyevin)  cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı bütün sənədlər hazırlanıb və onun yaxınlarına təhvil verilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Məlumata görə, artıq cənazənin Azərbaycana gətirilməsi üçün havalimanında sənədləşmə aparılır.

Rövşən Lənkəranskinin cənazəsi doğulduğu Lənkəran rayonuna gətiriləcək.

Gununsesi.info