Lənkəranskinin ölüm xəbəri təsdiqləndi

  • By admin
  • 18 Avqust 2016 16:02

rovsh

Ötən gecə İstanbulda güllələnən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölüm xəbəri təsdiqlənib.

Gununsesi.info “Modern.az”a istinadən xəbər verir ki, xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən R.Lənkəranski artıq dünyasını dəyişib.

Məlumatı digər mənbə – Azərbaycanın İstanbuldakı konsulluğu da təsdiqləyib.

Hazırda onun cənazəsinin Azərbaycana yola salınması üçün tədbirlər görülür.
Rövşən Rafiq oğlu Caniyev (Rövşən Lənkəranski) 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub.
İlk dəfə 15.10.1996-cı il tarixində . Astara rayon Məhkəməsinin hökmü ilə  2 il müddətinə azadlıqdan məhrum edilib. Səbail rayon Məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlamağa görə  ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon Məhkəməsinin qərarı ilə Rövşən Caniyev cinayət məsuliyyətindən azad edilib.
2002-ci ildə isə Rövşən Caniyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin o, istintaqdan qaçıb gizləndiyinə görə, barəsində 01.07.2002-ci il tarixdə axtarış elan olunub.
2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.

2010-cu ildə məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o azadlığa çıxıb.
Yeri gəlmişkən, Rövşən Canıyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.

Rövşən Lənkəranski Rusiyada keçirilmiş “tacqoyma” mərasimi nəticəsində cinayət aləminin “qanuni oğrusu” titulunu alıb.

Gununsesi.info