Lənkəranskinin yaxını məhkəmədə: "İNDİ 15 İL DƏ YÜKLƏMƏK İSTƏYİRSİNİZ?"

  • By admin
  • 28 Fevral 2018 16:33

 

Kriminal aləmdə “Krıtıy Araz” ləqəbi ilə tanınan Araz Fərəcov məhkəmə qarşısına çıxarılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev və Xəyyam Qurbanlı ilə birlikdə mühakimə olunur. Onların işinə Rasim Sadıqovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Gununsesi.info xəbər verir ki, cinayət işinin materiallarında Araz Fərəcov mütəşəkkil dəstənin rəhbəri kimi təqdim olunub. Onun

8 saylı Cəzaçəkmə Məntəqəsində cəza çəkərkən mütəşəkkil dəstəyə rəhbərlik etdiyi bildirilir. Təqsirləndirilən şəxslər oğurluq, quldurluq və s. cinayətlərdəittiham olunurlar.

Fevralın 28-də keçirilən məhkəmədə təqsirləndirilən Araz Fərəcov özünü təqsirli bilməyib. Deyib ki, digər təqsirləndirilən şəxsləri də tanımır, ilk dəfə onları məhkəmədə görür: “Mən nə kimdənsə pul almışam, nə də tələb etmişəm. Heç bir dəstə də yaratmamışam. “Srokum” bitir, indi 15 il də yükləmək istəyirsiz?

Təqsirləndirilən şəxslərdən Renad Zahirov, Vüqar Musayev də Araz Fərəcovun göstərişi ilə heç bir addım atmadıqlarını deyib.

“Biz uşaq deyilik ki, kimsə göstəriş versin”, – Vüqar Musayev bildirib.

Təqsirləndirilən Namiq Babayev ifadəsində heç bir oğurluq hadisəsində iştirak etmədiyini, yalnız taksi sürücüsü kimi fəaliyyət göstəriyini söyləyib.

Araz Fərəcovun kamera yoldaşı olan  eyni Elməddin Şahbazov da ittihamda yazılanları qəbul etməyib.

Təqsirləndirilən şəxslərdən Xəyyam Qurbanlı zərərçəkmiş Zemfira Qədirovanın qohumudur. Amma zərərçəkmiş ifadəsində təqsirləndirilən qohumundan şikayətçi olmadığını deyib : “Oğlum onkoloji xəstədir. Bu uşaqların hamısına Allah ruzi versin, onun bunun qapısına göz dikməsinlər”.

Məhkəmə martın 9-da davam edəcək.

Gununsesi.info