Lənkaranskinin ölümündən yararlananlar - Cənazəsini ailəsi Azərbaycana gətirib

  • By admin
  • 22 Avqust 2016 17:38

teyyare

Avqustun 18-i gecə saatlarında Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsinin Lənkəranlı iş adamı Mübariz Mənsimovun təyyarəsi ilə gətirilməsi xəbəri  həqiqətə uyğun deyil.

Bu haqda Gununsesi.info-ya məlumat verən mənbənin sözlərinə görə, R.Lənkəranskinin cənazəsinin gətirildiyi təyyarə Azərbaycanın Türkiyədəki səfirliyinin vasitəçiliyi ilə ailəsinin hesabına AZAL şirkətindən kirayələnərək Lənkəran Beynəlxalq Hava Limanına enib.

Qeyd edək ki, Rövşən Canıyevin (Lənkəranski) cənazəsinin Azərbaycanlı iş adamı Mübariz Mənsimovun təyyarəsi ilə Azərbaycana gətirilməsi haqda yerli və xarici mətbuat xəbər yaysa da,  Türkiyədə fəaliyyət göstərn Palmali Şirkətlər Qrupunun rəhbəri, iş adamı Mübariz Mənsimov bunun əksini ifadə edən açıqlama verməyib. Bu isə öz növbəsində haqlı narazılıq yaradıb.

Gülnaz Qənbərli

Gununsesi.info