İspaniya futbolunun yüksək divizionu olan La Liqanın rəhbərliyi azarkeşləri yenidən stadionlara qaytarmaq niyyətindədir.
Gununsesi.org bildirir ki, bu barədə “Yahoo Sports” məlumat yayıb.
Azarkeşlərin stadiona kiçik qruplar halında buraxılması planlaşdırılır. Bundan əlavə, stadiona daxil olan hər kəsin temperaturu mütləq şəkildə ölçüləcək, maska taxmaq məcburi olacaq.
La Liqanın prezidenti Xavyer Tebasın sözlərinə görə, mövsümün sonuna stadionların tutumunun 10-15 faizi həcmində azarkeşlərin iştirakı nəzərdə tutulur
Gununsesi.org