La Liqa bu gün Əndəlüs derbisi ilə bərpa edilir – MATÇLAR

  • By admin
  • 11 İyun 2020 11:50

İspaniya La Liqası bu gün üç aylıq fasilədən sonra bərpa olunacaq.

Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da La Liqa XXVIII turun Sevilya və ya başqa dillə desək, Əndəlüs derbisi ilə start götürəcək.

Turun dörd gün ərzində keçiriləcək matçlarını təqdim edirik:

11 iyun

00:00  “Sevilya” – “Betis”

12 iyun

21:30 “Qranada” – “Xetafe”

00:00 “Valensia” – “Levante”

13 iyun

16:00 “Espanyol” – “Alaves”

19:00 “Selta” – “Vilyareal”

21:30 “Leqanes” – “Valyadolid”

00:00 “Malyorka” – “Barselona”

14 iyun

16:00 “Atletik” – “Atletiko”

21:30 “Real” – “Eybar”

00:00 “Real Sosyedad” – “Osasuna”

Qeyd edək ki, hazırda turnir cədvəlinə 58 xalla “Barselona” başçılıq edir. “Real” Kataloniya klubundan iki xal geri qalır. “Sevilya” 47 xalla üçüncüdür.

 

 

Gununsesi.org