La Liqa klubunun 6 futbolçusu koronavirusa yoluxdu

  • By admin
  • 12 Avqust 2020 19:11

İspaniya “Atletik”i komanda üzvləri arasında keçirilən koronavirus testlərinin nəticələrini açıqlayıb.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, Bilbao təmsilçisinin 6 futbolçusunda infeksiya aşkarlanıb.

Analizi müsbət çıxan oyunçulara artıq məlumat verilib və onlar özlərini təcrid ediblər.

Qeyd edək ki, təkrar testləşdirmə avqustun 14-də keçiriləcək.

 

 

Gununsesi.info