“La Tomatina” festivalında 160 ton pomidor istifadə olundu - FOTO

  • By admin
  • 31 Avqust 2017 23:38

pomidorr

İspaniyanın Valensiya şəhərində 72-ci “La Tomatina” festivalı keçirilib.

Gununsesi.info  xəbər verir ki, festivalda 22 min insan iştirak edib. “Pomidor döyüşü” adı verilən festivalda onlar pomidorları bir-birilərinə ataraq əyləniblər. Altı yük maşını ilə gətirilən 160 ton pomidor 1 saat ərzində istifadə edilib.

Bu festival İspaniyada 1945-ci ildən hər ilin avqustunda keçirilir və turistlərin marağına səbəb olur.

Gununsesi.info