Laborant direktorun kabinetinə müdaxilə edibsə, bu da qanun pozuntusudur - ARZU ABDULLAYEVA

  • By admin
  • 13 Yanvar 2017 10:25

arzu
“Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş verən  hadisə hesab edirəm ki,  təhsil ocağına yaraşmayan qalmaqaldır. Məlumata görə, hər iki tərəf qanunu pozub və hər ikisi mədəni, tərbiyəli insana has olmayan hərəkətlər ediblər. Hansı məlumatların düzgün olub-olmamasını aparılan dərin jurnalist araşdırması göstərə bilər”.

Bu haqda Gununsesi.info-ya hüquq müdafiəçisi Arzu Abdullayeva  Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində  direktorla laborant arasında baş verən qalmaqallı hadisəyə münasibət bildirərkən deyib.

Hüquq müdafiəçisi hesab edir ki,  Aşağı Veysəlli kəndinin direktoru dar düşüncəlidir:

“Direktorun özü dar düşüncəli adama oxşayır. Ancaq əgər məktəbin laborantı Xatirə Əliyeva həqiqətən gecə  direktorun kabinetinə müdaxilə edibsə, bu da qanun pozuntusudur. Ümumiyyətlə, bu əhvalat qanun pozuntuları ilə boldur. Yəqın ki, hüquq-mühafizə orqanları bununla məşqul olacaq. Ancaq araşdırmanın düzgün aparılıb-aparılmaması   jurnalist və vətəndaş cəmiyyətinin fəallarının məsələni birgə nəzarət altında saxlamasından asılı olacaq”- deyə, o, bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info