
Laçın rayonunun Qorçu kəndində inşa olunacaq beynəlxalq hava limanının tikintisi davam etdirilir.
Gununsesi.info xəbər verir ki, bununla bağlı görüntülər Azərbaycan Televiziyasında yayımlanıb.
Çəkiliş aparan AZTV-nin redaktoru Vüsal Məmmədov bildirib ki, bu, işğaldan azad olunmuş ərazilərdə inşası nəzərdə tutulmuş üçüncü hava limanıdır.
“Birinci – Füzuli Aeroportu artıq istifadəyə verilib, Zəngilan hava limanı bu ilin sentyabr ayında istifadəyə veriləcək, Laçın Aeroportu isə 2024-cü ildə hazır olacaq”, – müəllif vurğulayıb.
Gununsesi.info