“Laçın dəhlizdən kimin keçib-keçməyəcəyinə Rusiya qərar verir” - ZAXAROVA

  • By admin
  • 21 Yanvar 2022 20:03

“Laçın dəhlizdən kimin keçib kimin keçməyəcəyinə Rusiya qərar verir”.

Gununsesi.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova belə deyib.

Mariya Zaxarova keçirdiyi brifinqdə söyləyib ki, Laçın dəhlizi Rusiyanın sülhməramlı kontingentinin nəzarəti altındadır, bu da Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları bəyanatda öz əksini tapıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi zonaya əvvəlcədən xəbər verməklə xarici vətəndaşlar və beynəlxalq təşkilatların nümayəndələrinin buraxılıb-buraxılmamasına komandanlıq qərar verir.

 

 

Gununsesi.info