Laçın dəhlizinə alternativ çəkilən yolun son vəziyyəti - FOTOLAR

  • By admin
  • 01 İyun 2022 10:50

Laçın dəhlizinə alternativ tikilən yol artıq Xankəndi-Gorus magistralına çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Erməni mediası yazır ki, yolda tikinti işlərini aparan Azərbaycan texnikası magistraldan aydın şəkildə görünür.

Yeni marşrut Kərkicahan istiqamətindən Turşsu meşələrini keçməklə Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinin ərazisinə daxil olur, oradan Gorusun Kornidzor kəndinə keçir.

“Azərbaycanlılar yolu qısa müddətdə başa çatdırmaq üçün gecə-gündüz işləyirlər. Yeni yolun relyefi çox çətindir”, – erməni mediası yazır.

Qeyd edək ki, 10 noyabr razılaşmasına görə, Laçın şəhərinin mərkəzindən keçən dəhlizin istiqaməti dəyişdirilməli və şəhərin mərkəzi də Azərbaycan Ordusunun nəzarətinə keçməlidir. Razılaşmada yeni yolun inşası 3 il ərzində nəzərdə tutulsa da, Azərbaycan bu ilin sonuna qədər yeni yolun inşasını başa çatdırmağı planlaşdırır.