Laçın dəhlizində atışma: Yaralanan var

Hazırda Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir.

Gununsesi.info xəbər verir ki, bu dəfə Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində, Laçın dəhlizinə yaxın ərazidə iki tərəf arasında atışma qeydə alınıb.

HTML tutorial

Hadisə sülhməramlı qüvvələrin Laçın dəhlizində qurduğu posta yaxın ərazidə baş verib.

Atışma zamanı azı 1 erməni hərbçi yaralanıb. Lakin Rusiya sülhməramlıları Azərbaycan və Ermənistan tərəfi arasındakı atışmaya müdaxilə etməyib.

Qeyd edək ki, hələlik hadisə barədə rəsmi məlumat verilməyib.