Laçın dəhlizində son vəziyyət: keçid çətinləşir

Bu ilin sentyabr ayında yeni yola köçürülən Laçın dəhlizinidə problemlər yaranıb.

Gununsesi.info xəbər verir ki, bu iddia ilə Ermənistan mediası çıxış edib.

HTML tutorial

İddiaya görə, yolda çalalar əmələ gəlib və yağış yağanda keçilməz olur.

Onlar yolu inşa edən Azərbaycanı ittiham edirlər, lakin gerçək səbəb yolun təyinatına uyğun istifadə edilməməsidir.

Yol nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Ermənistan və Qarabağdakı separatçı-terrorçu rejim isə yoldan bütün məqsədlər üçün istifadə edir, ağırtonnajlı yük maşınları, eləcə də hərbi texnikanın daşınması həyata keçirilir. Xüsusilə dağlıq relyefdə yerləşən yoldan bu cür istifadə onun istismar qaydalarına ziddir.

Gununsesi.info