Laçın dəhlizindən 65 minə yaxın maşın, 230 mindən çox adam keçdi - Rusiya MN

  • By admin
  • 25 Sentyabr 2021 14:09

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti 2020-ci ilin noyabrından etibarən Laçın dəhlizindən Qarabağa və geriyə 65 minə yaxın avtomobilin və 230 mindən çox adamın təhlükəsiz gediş-gəlişini təmin edib.

Gununsesi.info xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Dəhlizdən müxtəlif tikinti və digər məhsullar sərbəst şəkildə daşınıb.

“Bütün şübhəli maşınlara baxış keçirilir. Gün ərzində Laçın dəhlizindəki postdan 200 avtomobil keçir”, – məlumatda qeyd edilib.

Gununsesi.info