Laçın rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub

  • By admin
  • 08 Sentyabr 2016 19:57

la

 

Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qərarı ilə onun köməkçisi Asəf Məmmədov tutduğu vəzifədən azad olunub.

HTML tutorial

Gununsesi.info-nun verdiyi məlumata görə, onun yerinə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətci işləyən Şahbazov Məhəmməd Şirin oğlu təyin edilib.

İlyasov İlqar Süleyman oğlu isə İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə  təyin edilib. O, bu günə qədər Rayon Mədəniyyət və Turuzum şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Gununsesi.info