
Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.
Hələlik icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.
Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında Bərzaninin rəhbərlik etdiyi yerli hökumətin keçirdiyi “referendum”u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti “facebook”da və mətbuatda ciddi tənqid olunub.
Gununsesi.info