Laçın şəhəri, Zabux və Susda mühəndis təminatı üzrə tədbirlər icra edilir - FOTO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

HTML tutorial

“Həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.

Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir”, – məlumatda qeyd olunur.

Gununsesi.info