Laçın şəhəri Azərbaycanın nəzarətinə keçir

  • By admin
  • 23 Avqust 2022 12:08

Laçın şəhəri artıq Azərbaycanın nəzarətinə keçir.

Gununsesi.info xəbər verir ki, bu sözləri avqustun 23-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Laçın: Postmünaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masada mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, 1992-ci ilin mayında Şuşa və Laçının işğalı böyük faciə idi. Laçının statusu həmişə danışıqlar zamanı xüsusi yer tutub.

Minsk qrupu çərçivəsində də Laçın məsələsi həmişə ayrı bir maddə kimi müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.

Gununsesi.info