Laçında “Azərenerji”nin avtomobili qəzaya düşdü – Ölənlər var

  • By resul
  • 19 Sentyabr 2023 10:12
qəza

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Gununsesi.info-ya bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Azərenerji-nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Araşdırma aparılır.