Laçında çoban minaya düşdü

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb.

O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.