Laçında döyüş gedir

  • By admin
  • 03 Avqust 2022 16:34

Avqustun 3-də səhər saatlarında Şuşa rayonunun Sarıbaba (Yextsaoq) kəndi yaxınlığında döyüş başlayıb.

Gununsesi.info bildirir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onların iddiasına görə, Azərbaycan bölmələri kənd üzərindəki yüksəkliyi ələ keçiriblər, oradan Laçın və Şuşa arasındakı yola nəzarət olunur. Mənbənin məlumatına görə, Ermənistan tərəfdən yeddi yaralı var.

Azərbaycanın Müdafiə Nazirliyi hələlik bu məlumatları şərh etmir.

Xatırladaq ki, bu gün səhər bu bölgədə Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycan əsgəri Anar Kazımov həlak olub.

 

Gununsesi.info