Laçında hərbçilər qəzaya düşdülər - Ölənlər və yaralananlar var

Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.

Gununsesi.info  xəbər verir ki, Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.

Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.

Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı haqqında məlumat var.

Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.(Oxu.az)

Gununsesi.info