İşğaldan azad olunmuş Laçın şəhərindəki 105 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.
Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın şəhərində ümumilikdə 5 seçki məntəqəsi fəaliyyət göstərir.
Bunlardan 3-ü şəhərin mərkəzində, digər 2 məntəqə isə Zabux və Qorçu kəndlərindədir. 105 saylı seçki məntəqəsi üzrə 1493 seçici var. Həmçinin məntəqə üzrə 2 nəfər ilk dəfə səs verəcək. Seçki prosesini 12 müşahidəçi izləyir.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
.