Laçından Qərbi Azərbaycana cəkilən yol, Zəfər yolumuzun davamı, millətimizi tarixi torpaqlarımıza qovuşduran Böyük Zəfər yolunun təməl daşıdır

  • By admin
  • 14 Avqust 2022 15:19
Möhtərəm, cənab prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qədim tarixi, milli sənətkarlıq ənənələri ilə fərqlənən Ulu türkün əzəli və əbədi yaşayış məskənlərindən olan Basqal qəsəbəsinə səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu səfərlə cənab prezident İlham Əliyev tariximizə, milli ənənələrimizə sonsuz bağlılığını bir daha nümayiş etdirdi.
Ölkəmizin davamlı və dinamik sosial-iqtisadi inkişafı üzərində dayanan cənab prezident, yaxın zaman kəsiyində respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli tədbirlərin davam edəcəyini önə çəkdi və qarşıda duran vəzifələrin anosunu verdi.
Ali Baş Komandan zərgər dəqiqliyilə hazırlanan və böyük uğurla həyata keçirilən “Qisas” hərbi əməliyyatını zəruri edən səbəblərin üzərində dayanaraq, Ermənistanın, son günlərini yaşayan separatçıların və onları himayə edən qüvvələrin revanşist hərəkətlərinin qarşısının qətiyyətlə alındığını və onlara edilən xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını diqqətə çatdırmaqla dəmir iradəsini ortaya qoydu. Müzəffər Ali Baş Komandan “Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi dayandıra bilməz” – deyərək gücümüzü, qətiyyətimizi, “Dəmir Yumruq”un Demokl qılıncı tək erməni faşistlərinin başı üzərində həmişəlik dayandığını, igid və qəhrəman silahlı qüvvələrimizin peşəkarlığını, vətənpərvərliyini, döyüş ruhunun yüksəkliyini bir daha xatırlatdı.
Laçın şəhərində, Zabux və Sus kəndlərində ermənilərin qanunsuz olaraq yerləşdirilməsini hərbi cinayət xarakteri daşıdığını və Cenevrə konvensiyalarının qaydalarına zidd olduğunu xatırladaraq, onların bir nəfər kimi torpaqlarımızı tərk etməsinin qaçılmaz olduğunu, status, müstəqillik haqqında cəfəng fikirlərin heç bir əsası olmadığını son dəfə vandallara və onları himayə edənlərə ünvanlandırdı.
Cənab Müzəffər Ali Baş Komandan!
Laçından Qərbi Azərbaycana cəkdirdiyiniz yol, Zəfər yolumuzun davamı, millətimizi tarixi torpaqlarımıza qovuşduran Böyük Zəfər yolunun təməl daşıdır. Vətəni birləşdirən, bütövləşdirən, Yolumuz açıq olsun Zati-Aliləri, fəxrimiz, qürurumuz, yenilməz Ali Baş Komandanımız İlham Əliyev!
Fəzail Ağamalı
Millət Vəkili, Ana Vətən Partiyasının sədri