Lalə Azərtaş ad gününü Dubayda qeyd edir -Fotolar

Bu gün aparıcı Lalə Azərtaşın 41 yaşı tamam olur.

Gununsesi.info xəbər verir ki, aparıcı ad gününü qeyd etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. O, bu barədə sosial media hesabında yazıb. Lalə Dubayda çəkilən fotosunu belə şərh edib:

“17 ildir dəyişməyən ənənə. Hər doğum günü özümdən özümə bilet hədiyyəsi. Bir də dəyişməyən qəlbimdə daşıdığım izləyicimə sevgim. Bütün təbrik edən, qəlbində daşıyan, sevgi selinə tutanlara təşəkkür. Yaxşı ki, varımsınız. Hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm”.