Lal-karlar artıq rahat ünsiyyət quracaq - ONLAR ÜÇÜN “AĞILLI” SAAT YARADILIB

  • By admin
  • 01 May 2017 12:48

lal kar saat

Çin mühəndisləri lal-kar insanlara ətraf dünya ilə jestlərin dili vasitəsilə ünsiyyət qurmağa imkan verən konseptual “ağıllı” saat modeli yaradıblar. Həmsöhbət lal-karların jestlərinin dilini bilməyəndə isə saat insanın demək istədiyi bütün fikirləri səsləndirir.

Gununsesi.info-nun “ICTnews”a istinadən verdiyi məlumata görə, saat dəstinə lal-kar insanın hər bir barmağına taxılan üzüklər daxildir. Üzüklər barmaq hərəkətlərini oxuyaraq həmsöhbət üçün jestlər dilini saatın korpusuna quraşdırılan xüsusi dinamiklər vasitəsilə səsləndirir. Bundan başqa, saat əks-əlaqə üçün danışan insanın nitqini qiymətləndirərək onu lal-kar üçün mətnli məlumata çevirir və onu quraşdırılmış displeydə göstərir.

İnsanlarla danışmağa ehtiyac olmayan zaman üzüklər bilərziyin içinə yığılır. İnnovativ texnologiyanın kütləvi istehsalına bu il başlamaq nəzərdə tutulur.

Gununsesi.info