Bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi işğal altında olan torpaqlarımıza qanunsuz səfər edən hər bir şəxsə görk və dərs olacaq.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, Belarus beynəlxalq hüquq normalarına hörmət edərək, Azərbaycanın da tərəfdaş çıxdığı beynəlxalq hüquq normalarına əsaslanaraq işğal altında olan otrpaqlarımıza qanunsuz səfər edən bloger Aleksand Lapşini təhvil verib. “A.Lapşin Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırılacaq. Azərbaycanın sərhədlərini qanunsuz pozan, ölkəmiz haqqında şər-böhtan yazan bir şəxs kimliyindən asılı olmayaraq cəzalandırılmalıdır”- deyə, F.İbrahimli vurğulayıb.
Millət vəkili əlavə edib ki, burada hər hansı beynəlxalq senssasiya doğuracaq məsələ olmadığından hər hansı digər dövlətin də, bu məsələyə müdaxilə etmək hüququ yoxdur. “A.Lapşin hansı vəzifəni daşımasında asılı olmayaraq, qanunları pozub və buna görə də cəzasını almalıdır. Azərbaycan Lapşin barəsində məhkəmə hökmü çıxaracaq və ya onu bağışlayacaq, bu artıq bizim daxili işimizdir. Kənar kimsənin bu məsələyə müdaxiləsi yolverilməzdir”-, deyə, o, bildirib.
Millət vəkili bildirib ki, A.Lapşinin Azərbaycana tərəfə verilməsini siyasi və mənəvi tərəfi var: “Lapşinin Azərbaycana təhvil verilməsi digərlərinə görk olacaq. Erməni pulu ilə onlarla nökərçilik edən hər bir şəxs , istər bu jurnalist olsun və ya hansısa ölkənin deputataı, incəsənət nümayəndəsi başa düşməlidir ki, Azərbayacan torpaq məsələsində kimsəyə güzəştə gedın deyil və sərhədlərinin qanunsuz pozulmasına göz yummayacaq. Bu hadisə digərlərinə qanunsuz olaraq Azərbaycan sərhədlərini pozan şəxslər üçün dərs olacaq. Bu baxımdan mən Lapşinin Azərbaycana verilməsini böyük siyasi və mənəvi qələbə hesab edirəm”.
F.İbrahimli onu da əlavə edib ki, bu məsələdə Azərbaycan prezidentinin qətiyyətli və prinspial mövqeyi müstəsna rol oynayır.
Millət vəkili Elman Nəsirov isə Gununsesi.info-ya açıqlamsında deyib ki, Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi Ermənistanda gündüz vaxtı şimşək çaxmaq effekti verdi.
Onun sözlərinə görə, Ermənistan mətbuatı bu gün bu hadisəni Sarkisyan hakimiyyətinin növbəti uğursuzluğu kimi qiymətləndirir:
“Buna təəccüblənmək olmaz. Çünki aprel döyüşləri Ermənistanın iç üzünü açdı və məlum oldu ki, Sarkisyan rejiminin fəaliyyəti sabun köpüyündən başqa bir şey deyil”.
Millət vəkili A.Lapşinin Azərbaycana ekstradisiya edilməsini böyük siyasi əhəmiyyətli hadisə adlandırır:
“Çünki bu hadisə Azərbaycan dövlətinin bu məsələdə bir daha prinsipial mövqedə olduğunu ortaya qoydu. Bu hadisəni Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirmək lazımdır. Dağlıq Qarabağa edilən istənilən səfər Azərbaycan qanunlarına və beynəlxalq hüquq prinsiplərinə ziddir. Azərbaycan öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcək. Bu hadisənin mənası ondan ibarətdir ki, bundan sonra Aleksandr Lapşinin yolunui seçəcək və seçmək istəyəcək istənilən xarici ölkə vətəndaşı bilsin ki, onu analoji tale gözləyir”.
Millət vəkili qeyd edib ki, A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi bir daha sübut etdi ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyi qətiyyətlə müdafiə edilir.
Gununsesi.info