
“Aleksandr Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir və təəccübləndirir”.
Gununsesi.info-nun məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov bu haqda mətbuata açıqlamasında belə deyib.
Belə ki, E.Məmmədyarov qeyd edib ki, Lapşin qanunları pozub və müvafiq olaraq hüquqi əsasla cinayət işi başladılıb: “Onu hər dəfə bloger adlandırırlar. Əgər o mühəndis olsaydı, onunla maraqlanardılar? Hər şey qanun çərçivəsində edilib. Bloger olması ilə bağlı spekulyasiyalar əsas vermir ki, o, qanun qarşısında toxunulmaz olsun”-, deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info