“Lapşin Azərbaycana ekstradisiya edilməsi yaxşı xəbər oldu. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımıza səfərlər edən, işğalçıları dəstəkləyən açıqlamalar verənlərə və bu fikirdə olanlara ciddi xəbərdarlıq olacaq”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.
O, deyib ki, bu məsələdə ölkəmizin prinsipallığı və ədalətli yanaşma sərgiləyən Belarus prezidentinin mövqeyi ciddi rol oynadı.
“Ermənilərin aylardır qeyri-qanuni girov saxladığı Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla bağlı heç bir addım atmayan amma bir neçə ölkə vətəndaşı, o cümlədən, Rusiya vətəndaşlığı da olan Lapşinin Azərbaycana verilməməsi üçün böyük canfəşanlıq göstərən Rusiya XİN-in bütün təsir, təqyiq və açıqlamaları anlamsız oldu.
Lapşini müdafiə edənlərin nədən Dilqəm Əsgərovu yada belə salmamasının səbəblərini isə hamımız bilirik”-deyə, o, sözlərinə əlavə edib.
Gununsesi.info