
Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrişinə cəhdindən sonra dünyanın bir sıra məşhur sənətçilərindən Türkiyəyə dəstək gəlməkdə davam edir.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin demokratiya mübarizəsinə dünyaca məşhur Elton Condan sonra Belçikalı müğənni Lara Fabian da dəstək verib. Antaliyanın Aksu mahalının 1121 illik yubileyinə hazırlıq məqsədiylə qurulan Expo- 2016 Antaliyada, avqustun 24-də konsert verəcək Fabian təxminən 1 milyon 200 min təqibçisinin olduğu ictimai media hesabından etdiyi paylaşımla Türk xalqının yanında olduğunu bildirib. EXPO-dakı konsertindən öncə ictimai media hesablarından etdiyi paylaşımlarda, pulsuz reallaşdıracağı konsert üçün yazdığı münasibətlərdə “Ruhu yaralı bu gözəl xalqa kiçik bir töhfə” ifadələrindən istifadə edən Lara Fabian Türkiyədə demokratiyaya dəstək verdiyini bəyan edib.
Gülnaz Qənbərli
Gununsesi.info