“Lari bu ilin sonuna qədər bahalaşmağa başlayacaq” - GÜRCÜSTANIN MALİYYƏ NAZİRİ

  • By admin
  • 27 Sentyabr 2019 20:25

“Gürcüstan hökumətinin fiskal siyasəti ilə larinin dəyərdən düşməsinin əlaqəsi yoxdur. Bu, yanlış fikirdir”.

Gununsesi.org xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri İvane Maçavariani jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son vaxtlar Gürcüstan Milli Bankının müdaxiləsi daxil olmaqla atılan addımlar müsbət nəticə verəcək: “Larinin məzənnəsi nəinki sabitləşəcək, hətta bu ilin sonuna qədər milli valyutamız bahalaşmağa başlayacaq”.

Xatırladaq ki, ötən gün lari ABŞ dolları qarşısında kəskin ucuzlaşıb. Hazırda Gürcüstanda Amerika valyutasının rəsmi məzənnəsi 2,9808 lari təşkil edir. Sabaha müəyyən edilmiş rəsmi məzənnə isə 0,0256 lari az – 2,9552 laridir.

Qeyd edək ki, bu gün Milli Bank valyuta hərracında 40 milyon dollar satıb.

 

 

Gununsesi.org