Larisa “Vicdan haqqı” serialını tərk edib

  • By admin
  • 27 Noyabr 2017 22:08

Aktrisa Çimnaz Sultanova “Vicdan haqqı” serialından gedib.

1 ay öncə serialı öz istəyi ilə tərk edən aktrisa hal-hazırda aparıcılıq edir. Məşhur aktrisa hətta sosial şəbəkədə izləyicisinin ona “Larisa xanım, qorxuram başınız aparıcılığa qarışsın, sizi də sonra serialdan çıxarsınlar” sualını da cavabsız qoymayıb:

“Narahat olmayın, Larisa xanımın rolu noyabrın 3-dən artıq bitib. Hər şeyin bir sonu var, “Vicdan haqqı” axı “Santa Barbara” serialı deyil ki, illərlə getsin”, – deyə aktrisa cavab bildirib.
Qeyd edək ki, aktrisa 3-cü mövsümdür ki, sözügedən serialda Larisa obrazını yaradırdı.

Gununsesi.info