
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovanisyan Latviya Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Anjey Vilumsonla siyasi məsləhətləşmələrin növbəti sessiyasını keçirib.
Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan-Latviya ikitərəfli münasibətləri, Ermənistan-Aİ tərəfdaşlığı müzakirə olunub.
Eləcə də müxtəlif regional və beynəlxalq məsələləri müzakirə etmək üçün fürsət olub.