Latviya polisi Rusiya səfirliyi yaxınlığında aqressiv davranan iki Rusiya vətəndaşına qarşı inzibati cərimələr tətbiq edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Delfi” portalına Latviya polisi məlumat verib.
Məlumata görə, səhər saat 9:00-dan bir az əvvəl Rusiyanın Riqadakı səfirliyinə seçkilərdə səsvermədə iştirak etmək niyyəti ilə bir neçə nəfər toplaşıb. Məlumatda qeyd edilir ki, Latviyadakı səfirliyin ərazisindən seçkilər cəmi bir gün – martın 17-də davam edəcək.
Polis toplaşanlardan sənədlər istəyib. Orada olan iki nəfər tələbə məhəl qoymayaraq aqressivləşib, müqavimət göstərib, yerə yıxılıb və bərkdən qışqırıblar. Onlar saxlanılaraq polis idarəsinə aparılıb.
Yoxlanılaraq inzibati cərimə kəsildikdən sonra hər iki Rusiya vətəndaşı sərbəst buraxılıb. Polis onların Latviyada qalmaq üçün etibarlı icazələrinin olduğunu təsdiqləyib.
Latviya Dövlət Polisi və Dövlət Sərhəd Mühafizəsi xəbərdarlıq edib ki, Rusiya prezidenti seçkiləri zamanı Rusiyanın Riqadakı səfirliyindəki seçki məntəqəsinə gələnləri yoxlayacaqlar.
Gununsesi.info