Latviya prezidenti Azərbaycana səfər edəcək

  • By admin
  • 05 Yanvar 2017 15:49

raymonds

Latviya prezidenti Raymonds Veyonisin bu il Azərbaycana səfəri planlaşdırılır.

Gununsesi.info bildirir ki, APA-nın Latviya Xarici İşlər Nazirliyinə istinadən verdiyi  məlumatına görə, səfər bu ilin ilk yarısında gerçəkləşəcək.

Latviyanın xarici işlər naziri Edqards Rinkevişsin də bu ilin ilk yarısında Azərbaycana səfəri gözlənilir.

Qeyd edək ki, R. Veyonis keçən il martda 4-cü Bakı Qlobal Forum çərçivəsində Azərbaycana  gəlməli idi. Lakin səhhətindəki problemlər səbəbindən səfər təxirə salınmışdı.

Gununsesi.info